Bazar ertəsi , Dekabr 30 2024
azfa

Türkiyə terrorçu PKK ilə əlaqədar İraqa xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə İraqın terror təşkilatı PKK ünsürlərinə qarşı tədbir görülməsinin bu ölkənin öhdəliyində olduğunu bildirdi.
Türkiyə Xarici İşlər Nazirliyi terror təşkilatı PKK-nın İraqdakı təşkilatlanması ilə əlaqədar açıqlama verib.
Açıqlamada deyilir:
“İllərdir İraqda təşkilatlandığı bölgələrdən ölkəmizə hücum edən PKK terror təşkilatı İraqın suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə və sabitliyinə də təhdid təşkil edir. Ölkəsində PKK ünsürlərinə qarşı lazımi tədbirlər görmək ilk növbədə İraqın məsuliyyətidir. Ölkəmiz bu məsələdə İraqla əməkdaşlığa hazırdır. Ancaq PKK-nın İraqdakı mövcudluğuna göz yumulmağa davam edilsə, ölkəmiz harada olursa olsun, sərhədlərinin təhlükəsizliyi üçün lazımi tədbirlər görmək əzmindədir. İraqı bu istiqamətdə lazımi addımlar atmağa və ölkəmizə qarşı əsassız iddialar irəli sürmək üçün fürsət görüb bəzi digər ölkələri və regional təşkilatlara müraciət edərək terrorçuları təşviq edən və terrorizmlə mübarizədə ikili standartları özündə cəmləşdirən yanaşmalarına son qoymağa və prinsipial münasibət göstərməyə çağırırıq”.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə və sayın Mahmudəli bəy Çehrəqanlının “TBA TV“də “Molla rejimi devrildikdən sonra Güney Azərbaycanın taleyi necə olacaq?” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

GADTB-nin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bildirişi

GADTB: 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü deyəndə parçalanmış Azərbaycan …

Bir cavab yazın