Türkiyədə İRAM Tədqiqat Mərkəzinə etiraz: Güney Azərbaycanla bağlı həqiqətlər saxtalaşdırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən və İran üzrə tədqiqatlar aparan İRAM Tədqiqatlar Mərkəzi İranda yaşayan etniklərlə bağlı hazırladığı xəritədə kürd terrorçuların və farsların xeyrinə ciddi təhriflərə yol verib.

Tədqiqat mərkəzin əməkdaşı Dr.Əbdülmoğset Bənikamal tərəfindən hazırlanmış tədqiqat işində yerləşdirilən xəritədə Güney Azərbaycana məxsus ərazilər kürd, fars, lor, və başqa etniklərin ərazisi kimi təqdim edilib. Həmçinin Azərbaycan türkləri azəri etnosu kimi təqdim edilib.

Araşdırma tam irqçi farsların və kürd terrorçularının baxışı əsasında hazırlanaraq Azərbayan həqiqətləri ciddi şəkildə təhrifə məruz qalıb. İranda çoxluğu təşkil edən və sayları 30-40 milyon arasında olan azərbaycan türklərinin sayı ölkə əhalisinin 20%-ni təşkil etdiyini iddia edib. Əvəzində isə sayları 20 milyona yaxın olan farslar 46%-lə çoxluq kimi təqdim edilib. Bu saxtakarlıq və təhrif isə azərbaycanlıların ciddi etirazına səbəb olub.

Qeyd olunan təhriflərə etiraz olaraq , eləcə də Türkiyə rəsmilərinə Azərbaycan türk millətinin etirazını çatdırmaq məqsədilə imzatoplama kampaniyası təşkil edilib.

İmzatoplama kampaniyasının linki:

http://ipt.io/5BPTY

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın