Çərşənbə , Oktyabr 21 2026
azfa

Molla rejimi koronavirusa yoluxdurduğu Güney Azərbaycanı ramazanda çörəklə sınağa çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Qumdan Güney Azərbaycana geniş şəkildə koronavirus yaymaqla acınacaqlı vəziyyət yaratdıqdan sonra ramazan ayında çörəyin qiymətini 30-40 qaldırdı.

Artıq ramazının ilk günündən koronavirusun tüğyan etdiyi dövrdə Təbriz, Xalxal və başqa bölgələrdə çörəyin qiyməti kəskin şəkildə qaldırılıb. 

Təbriz şəhərində çörəyin qiymətinin bahalaşması, onsuz da koronavirus pandemiyası səbəbilə iqtisadi çətinliklər yaşayan aşağı gəlirli ailələrin həyat şəraitini daha da ağırlaşdırıb.

Təbriz şəhər şurasının üzvü Qulamhüseyn Məsudi Reyhan bazar günü şuranın iclasında çörəyin bahalaşmasını sərt etiraz edib. O, bununla işlərini itirən işçilərin həyatının alt-üst olduğunu söyləyib.

Reyhan deyib: “Bilmirəm bu pandemiya şəraitində hansı ağıllı adam çörəyin qiymətini artırıb. Bu qərarı verənlər ya çörək almırlar, ya da ki, çörətin bahalaşması onların həyatına təsir etmir. Üç aydır işini itirən işçilərin həyatı çörəyin bahalaşması ilə alt-üst olur”.

Şəhər Şurasının üzvü həmçinin sənətkarların məişət şəraitinə də toxunub: “Tətillər səbəbilə ənətkarlar və aşıqlarımızın vəziyyəti çox pis olub. Onlara mədəniyyət və incəsənət büdcəsindən yardım ayırmaq mümkündür.”

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …

Bir cavab yazın