Çərşənbə axşamı , Dekabr 3 2024
azfa

Türkiyədən Fransanın terroru dəstəkləməsinə sərt cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilib ki, NATO üzvü Fransanın əliqanlı PKK/YPG terror təşkilatının nümayəndələrini qonaq etməsi parlamentin nüfuzuna xələl gətirib.

“Bu hərəkət müttəfiqlik ruhuna zidd olduğu kimi, NATO-nun terrorla mübarizəsini də zəiflədir”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, PKK-nın Suriyadakı qolu YPG və onun qadın təşkilatının nümayəndələri Nuri Mahmud və Ruksan Məhəmməd Fransa Senatında keçirilən Novruz ziyafətində “Şərəf” medalı ilə təltif ediliblər.

Həmçinin yoxlayın

Azərbaycan və NATO əməkdaşlığı müzakirə edilib

GADTB: NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilən “15-ci NATO günləri” tədbiri çərçivəsində …

Tel-Rıfat bölgəsi azad ediləndənsonra kürd terrorçuların orada qazdığı tunellər aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tel-Rıfat bölgəsi azad ediləndənsonra kürd terrorçuların orada qazdığı …