Cümə , İyul 10 2026
azfa

Tel-Rıfat bölgəsi azad ediləndənsonra kürd terrorçuların orada qazdığı tunellər aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tel-Rıfat bölgəsi azad ediləndənsonra kürd terrorçuların orada qazdığı tunellər aşkarlandı.

Suriyada bölücü terror təşkilatı PKK/YPG-nin işğalından azad edilən Tel-Rıfat rayonunda qaçan terrorçuların evlərin altında onlarla tunel qazdığı aşkarlanıb.

Suriyalı müxaliflərin bölücü terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı ilə bütün Tel-Rifat rayon mərkəzi ələ keçirilib.

Türkiyə sərhədindən 18 kilometr uzaqlıqda yerləşən Tel-Rıfat rayon mərkəzini əhatə edən terror tunellərinin aşkar edilən hissəsi ən azı 30 kilometrdir. Tunellərin eni 1,5 metr, hündürlüyü isə 2-2,2 metrdir.

PKK/YPG bölücü terrorçularının işğalından azad edilən Tel-Rıfatda terrorçuların evlərin altından hörümçək toru kimi qazdıqları tunellər ilk dəfə Türkiyə Radio Televiziya Qurumu (TRT) tərəfindən görüntülənib.

Terror təşkilatı YPG/PKK 2016-cı ilin fevral ayında Tel-Rıfat və ətraf qəsəbələri işğal etdikdən sonra mülki yaşayış məntəqələrində və cəbhə xəttində hədəf alınmadan rahat hərəkət edə bilmək üçün tunellər qazmağa başlayıb.

Bölücü terror təşkilatı işğal etdiyi Tel-Rıfat rayonunda qazdığı tunel şəbəkələrindən gizlənmək, cəbhə bölgəsinə silah aparmaq, müxaliflərin nəzarətində olan mülki yaşayış məntəqələrini hədəfə almaq üçün istifadə edirdi.

Həmçinin yoxlayın

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …

Türkiyənin S-400-ləri başqa ölkəyə verəcəyi gündəmə gəlib

GADTB: “Hürriyət” qəzetinin köşə yazarı Abdulqadir Səlvi qeyd edib ki, məndə olan məlumata görə, S-400-lər …