Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Türkiyənin “Akıncı” PUA-ları yunanları qorxuya saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bir neçə gün əvvəl “Akıncı” pilotsuz hücum aparatının (TİHA) silahlı qüvvələrin inventarına daxil edilməsi Yunanıstan ictimaiyyətində ciddi əks-səda yaradıb.

Yunanıstanın “Kathimerini” başda olmaqla, bir sıra tirajlı qəzetləri Ərdoğanın təqdimetmə mərasimində çıxışından sitatlar gətirib.

Xüsusilə, dövlət başçısının “Regionumuzda bir daş belə yerindən götürmək istəyən Türkiyənin cavabını gözləyəcək” sözlərinin hegemon ölkələrə ciddi siqnal olduğunu bildirilib.

“Proto Thema” nəşrinin məlumatına görə isə Türkiyə “Akıncı” ilə dünyanın bu texnologiyada 3 ən öndə gələn ölkəsindən birinə çevrilib.

Yunanıstan digər KİV-ləri “Akıncı” ilə bağlı daha obrazlı ifadələrə müraciət edib. Belə ki, telekanallardan biri yeni pilotsuz aparatı Fateh Sultan Məhmət ordusunun İstanbulu fəth edən zaman istifadə etdiyi alov toplarına bənzədib.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …