Cümə axşamı , Oktyabr 22 2026
azfa

Türkiyənin “Akıncı” PUA-sı rekord qırdı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən “Akıncı-B” zərbə tipli pilotsuz uçuş aparatının (PUA) sınaq uçuşları davam edir. Bu barədə şirkətin texniki direktoru Selçuk Bayraktar məlumat yayıb.

Qeyd olunur ki, PUA bu gün keçirilən sınaq uçuşu zamanı Türkiyənin milli aviasiya tarixində rekorda imza atıb. Belə ki, hava platforması 40.170 fut (12.2 kilometrdən çox) yüksəkliyə qalxıb.

Türkiyə Silahlı Qüvvələrinə təhvil verilən “Akıncı” PUA-larının “B” modeli bir neçə gün əvvəl ictimaiyyətə təqdim edilib. PUA 2 ədəd 750 at gücünə malik mühərriklə təchiz edilib.

Dünyanın bir çox münaqişə bölgəsində uğurlara imza atan “Bayraktar TB2” ilə məşhurlaşan şirkət “Akıncı” PUA-larını artıq iki ölkəyə satıb.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …