Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Türkiyənin Akıncı PUA-sından növbəti rekord

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Baykar” şirkətinin istehsalı olan “Bayraqdar Akıncı” PUA-sı 13 min 716 metr hündürlüyə qalxıb.

Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə həyata keçirilmiş “Akıncı” layihəsi çərçivəsində “Baykar” şirkəti tərəfindən istehsal edilmiş PUA 21 iyun tarixindəki təlim-yoxlama uçuşu zamanı 13 min 716 metr hündürlüyə qalxaraq, üçüncü dəfə rekord qırıb.

Uçuş 20 saat 23 dəqiqə davam edib.

Rekordunu yeniləyən “Akıncı B” modeli 2 ədəd 750 at gücündə mühərriklə təchiz olunub.

Həmçinin yoxlayın

Vəhidə Kərimi: Şəxsi telefonum və “Instagram” hesabım hələ də təhlükəsizlik qüvvələrinin əlindədir

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzəinin həyat yoldaşı Vəhidə Kərimi özünün “Instagram” səhifəsində paylaşım edərək bildirib …

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …