GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin rəsmisi Türkiyənin bəzi hava limanlarının rejimin təyyarələrinə yanacaq vermədiyini deyir.
rejimin aviasiya şirkəti olan İran Air-in icraçı direktoru Turəc Dehqani Zəngənə avqustun 7-də jurnalistlərə açıqlamasında Türkiyəyə sərnişin daşıyan şirkətə məxsus təyyarələrin yanacaqsız qalmasını bildirib.
Zəngənə bildirib ki, Amerikanın İrana qarşı sanksiyalara görə, Türkiyənin bəzi hava limanları İran Air-ə məxsus sərnişin təyyarələrini yanacaqla təmin etməkdən çəkinir.
O həmçinin deyib: “Təəssüflə, Türkiyənin bir sıra hava limanları, o cümlədən də İstanbul hava limanı “İran Air” şirkətinə və İranın digər aviasiya şirkətlərinə məxsus sərnişin təyyarələrə yanacaq verməkdən imtina edirlər”.