GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin yerli istehsal döyüş təyyarəsinin adı açıqlanıb.
Bununla bağlı təqdimat mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak ilə keçirilib.
O, milli döyüş təyyarəsinin “Kaan” adlandırıldığını bildirib. “Hal-hazırda Hürjet və KAAN-ımız qarşımızdadır. Ölkəmizə xeyirli-uğurlu olsun”, – Ərdoğan deyib.
Qeyd edək ki, TUSAŞ şirkəti tərəfindən hazırlanan döyüş təyyarəsinin bu ilin sonunda ilk sınaqları keçiriləcək.