Bazar , Noyabr 15 2026
azfa

Türkiyənin NATO-da qəti mövqeyi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberqlә telefon әlaqәsi saxlayıb.

Bu barәdә Türkiyə Xarici İşlәr Nazirliyi bәyanat yayıb. Bәyanatda görüşlә bağlı әtraflı mәlumat verilmәyib.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  dünәn Finlandiya vә İsveçin NATO-ya üzvlüyü ilә bağlı bәyanat verib.

Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Hazırda İsveç və Finlandiya ilə bağlı prosesləri izləyirik. Ancaq müsbət münasibətimiz yoxdur. Əvvəllər bizdən əvvəlki administrasiyalar Yunanıstanla bağlı NATO mövzusunda səhvlərə yol verdilər. Yunanıstanın NATO-nu arxasına götürərək Türkiyəyə mövqeyini bilirsiniz. Türkiyə olaraq bu mövzuda ikinci səhv etmək istəmirik. Skandinaviya ölkələri sanki terror təşkilatları üçün qonaq evləri kimidir. PKK, DHKPC də onların parlamentlərində yer alır. Ona görə də bizim buna (Finlandiyanın NATO-ya üzvlük prosesinə) müsbət baxmağımız mümkün deyil’’.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …