Cümə , Sentyabr 18 2026
azfa

Türkiyənin “Polad günbəz” sistemi TEKNOFEST-də nümayiş etdirildi

GADTB: Türkiyənin ASELSAN şirkəti TEKNOFEST texnologiya festivalı çərçivəsində “Polad günbəz” hava hücumundan müdafiə sistemini təqdim edib

Türkiyənin ASELSAN şirkəti TEKNOFEST texnologiya festivalı çərçivəsində “Polad günbəz” hava hücumundan müdafiə sistemini təqdim edib. Ziyarətçilərə sistemin hava təhdidlərinə qarşı fəaliyyətini simulyasiya şəklində sınaqdan keçirmək imkanı verilib.

Dünyanın ən nüfuzlu texnologiya festivallarından biri olan TEKNOFEST sentyabrın 17-də İstanbulda, Atatürk Hava Limanında ziyarətçilərin üzünə qapılarını açıb. Tədbir Türkiyə Texnologiya Komandası (T3) Vəqfi və Sənaye və Texnologiya Nazirliyi tərəfindən təşkil olunub.

Festivalda texnologiya yarışlarından tutmuş uçuş nümayişlərinə qədər müxtəlif tədbirlər keçirilir, həmçinin, “Polad günbəz” sisteminin müxtəlif komponentləri ziyarətçilərə təqdim olunur.

Qabaqcıl təsvir texnologiyalarından istifadə edilərək “Polad günbəz”in təhlükələrdən necə qorunduğu nümayiş etdirilir.

Qeyd edək ki, “TUSAŞ Motor Sanayi” milli imkanlarla hazırlanan turbofan mühərriki TF6000-ni sınaqdan keçirib. Şirkətin baş direktoru Mahmut Akşit bildirib ki, bu mühərrik Türkiyənin “Anka 3” pilotsuz uçuş aparatları üçün nəzərdə tutulub.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …