Çərşənbə , Sentyabr 23 2026
azfa

Türkiyənin PUA-ları anında məhv edən yeni raketi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “TÜBİTAK SAGE”in rəhbəri Gürcan Okumuş Türkiyənin mini hava-hava raketi olan AKDOĞAN haqqında vacib məlumatları paylaşıb, davam edən mövcud və potensial layihələrlə əlaqədar əhəmiyyətli açıqlamalar verib.

Hava-hava raket ailəsindən olan GÖKTUĞ layihəsi ilə əlaqədar müddətin planlaşdırıldığı kimi davam etdiyini vurğulayan Gürcan Okumuş AKDOĞAN barəsində danışıb və PUA-ların önəminə diqqət çəkib.

G.Okumuş bahalı hava-hava raketinin sadə PUA sistemi üçün sərfəli həll yolu olmadığını və bu nöqtədə mini hava raket sisteminin zəruriliyinin olduğunu vurğulayıb.

Mini hava-hava raketlərinin önəmindən danışan Okumuş bu vasitələrin HÜRJET kimi yüngül hücum təyyarələri və AKINCI TİHA, AKSUNGUR SİHA kimi pilotsuz hava vasitələri ilə çox sayda daşınması mümkün olan səmərəli həll olduğunu bildirib.

AKDOĞAN raketi ilə düşmənin PUA platformalarını və digər təyyarələri daha səmərəli şəkildə zərərsizləşdirmək mümkün olacaq. Bu raket az çəkisi və silueti ilə müxtəlif hava platformalarına inteqrasiya edilə bilər.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …