Şənbə , Oktyabr 17 2026
azfa

Türkiyənin tanklarda etdiyi yeniliklər dünya mediasında

GADTB: Türkiyə müdafiə sənayesinin tanklarında etdiyi yeniliklər Avropa mediasının gündəmini zəbt edib.

Türkiyə Silahlı Qüvvələrinin hərbi rabitəsini təmin edən ASELSAN AKKOR texnologiyasının bir çox türk zirehli texnikasına inteqrasiya edilməsi rezonans doğurub.

Polşa mediası yazır ki, AKKOR müdafiə sistemi potensial təhdidlərə qarşı imkanlarını modernləşdirən Türkiyə ordusu üçün əhəmiyyətli yenilikdir. İnteqrasiya nəticəsində “Altay 3+” döyüş tankı daha üstün səviyyəyə çatacaq. Bundan əlavə, döyüş meydanında dayanıqlılığı artacaq:

“Sistem bütün istiqamətlərdən gələn təhdidləri izləyən dörd yüksək ayırdetmə qabiliyyətində olan radara malikdir. Yanlış həyəcan siqnalları ehtimalını minimuma endirir. Təhlükə aşkar edildikdə, sensorlar məlumatları döyüş vasitəsinin idarəetmə sisteminə ötürür, bu da ekipajın vəziyyətlə bağlı məlumatlılığını artırır. Bundan sonra sistem təhlükə istiqamətinə yönəldilmiş ikilüləli qurğunu işə salır və gələn mərmi zərərsizləşdirilir. Türkiyə müdafiə sənayesi addım-addım irəliləyir”.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …