Bazar ertəsi , Avqust 24 2026
azfa

Türkiye türk yurdu Krımla bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiye Ukraynada türk yurdu Krım bölgəsinin qeri-qanuni ilhaqını tanımadığını, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb.

Türkiye Ukraynanın Krım bölgəsinin qeri-qanuni ilhaqını tanımadığını, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb.

Xarici İşlər Nazirliyi Krımın qeyri-qanuni ilhaqının 9-cu ildönümü ilə bağlı yazılı bəyanat yayıb.

Bəyanatda Ukraynanın Krım Muxtar Respublikasının 9 il əvvəl 16 mart tarixində keçirilən qeyri-qanuni referendumla beynəlxalq hüquqa zidd olaraq Rusiya tərəfindən ilhaq edildiyi bildirilib.

Bəyanatda deyilir: “Ukraynanın Krım bölgəsinin qeri-qanuni ilhaqını tanımırıq, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Krım tatarlarının vəziyyəti ölkəmiz üçün hər zaman böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, Rusiya 2014-cü il 16 mart tarixində keçirilən qeyri-qanuni referendumla Ukraynaya tabe olan Krım Muxtar Respublikasını ilhaq etmişdi.

Həmçinin yoxlayın

Mir Məhəmmədrza Müvəhhid həbs cəzasının icrası üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

GADTB: Azərbaycanlı fəal Mir Məhəmmədrza Müvəhhid ümumilikdə 6 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının …

Axios: Hörmüz boğazından neft keçidi müharibədən əvvəlki səviyyəyə qayıdıb

GADTB: Axios xəbər verir ki, cümə günü, 30 mordadda axşam saatlarında Hörmüz boğazından 40 gəmi …