Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Türkiyenin yeni qanadlı raketi “Çakır”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyenin qurudan, dənizdən və hava platformalarından buraxıla biləcək, 150 kilometrdən çox mənzilli yeni nəsil qanadlı raketi “Çakır” xidmətə hazırlaşır.

“Çakır” raketinin təqdimi üçün paytaxt Ankarada “Roketsan” müəssisələrində mətbuat konfransı keçirilib.

Bildirilib ki, quru, dəniz və hava platformalarından buraxıla bilən “Çakır” qanadlı raketi ən müasir xüsusiyyətləri və təsirli döyüş başlığı ilə silahlı qüvvələrin gücünə güc qatacaq.

Sabit və fırlanan qanadlı təyyarələrdən, pilotsuz hava və dəniz nəqliyyat vasitələrindən, taktiki təkərli quru vasitələrindən və yerüstü platformalardan buraxıla bilən yeni qanadlı raket “Çakır” hədəfdəki vurma nöqtəsi seçimi və unikal döyüş başlığı ilə hədəflərə qarşı yüksək məhvetmə qabiliyyəti təqdim edir.

“Çakır” şəbəkə əsaslı məlumat bağlantısı sayəsində hədəfə doğru irəliləyərkən, istifadəçinin seçimindən asılı olaraq hədəf dəyişikliyinə və tapşırıqların ləğvinə də imkan verir.

Ayrıca radar uducu gövdə quruluşu ilə düşmənin hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanmasını minimuma endirir və güclü elektron qarışdırıcının olduğu hallarda belə kursunu davam etdirə bilir.

Yerli və milli qanadlı  “Çakır” raketinin dizayn işləri davam edərkən, il ərzində ilk sınaq atışı silahlı pilotsuz uçuş aparatı “Akıncı”dan reallaşacaq, platforma inteqrasiyası isə 2023-cü ildə hədəflənir.

Həmçinin yoxlayın

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …