Bazar , Oktyabr 18 2026
azfa

İranın terrorçu Sepah təşkilatı Suriyada özünə bağlı terrorçular üçün təlim düşərgəsi salır

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran “Sepah” və Livanın “Hizbullah” terrorçu dəstəsi vasitəsilə Suriyanın Hüms mühafizəsinin Zəğrutiyyə kəndi ərazisində yeraltı təlim düşərgəsi salır.  Bu barədə İsrailin “ALMA” Araşdırma Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Suriyada gedən vətəndaş müharibəsi zamanı kəndin əhalisinin hamısı buradan köçməyə məruz qalıb. Nəticədə fürsətdən istifadə edən İran kəndi zəbt edərək öz hərbi məqsədləri üçün istifadə etməyə başlayıb.

Hazırda tikilməkdə olan düşərgə yeraltı (tunel) döyüş əməliyyatlarını icra edə bilməyin sirlərinə yiyələnmək üçün Hizbullah, Suriya və İraqda döyüşən şiə terrorçuları, Yəmən “husiləri” və Fələstinin İslami Cihad Təşkilatı kimi qruplaşmalara təlim vermək üçün nəzərdə tutulur.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …