Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Urmiyada kürd jurnalistin Azərbaycana qarşı təxribatı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində keçirilən mətbuat konfransında kürd terror təşkilatına yaxın olan jurnalist Azad Yusifirad Azərbaycana qarşı təxribat törədib.

Yusifirad Urmiyadan olan millət vəkillərinin Azərbaycan əleyhinə danışmamalarına irad bildirmək istəyib.

Kürd jurnalist Urmiyadan olan millət vəkili Salman Zakirə verdiyi sualda Azərbaycan Respublikasının İranın stratejik maraqlarına qarşı çıxdığını, bununla bağlı Zakir başda olmaqla başqa millət vəkillərinin susduqlarını iddia edib.

Yusifirad Azərbaycanın adını təhrif edərək, “Bakı Cümhuriyyəti” deyib və azərbaycanlı millət vəkillərini Azərbaycana dəstək verməkdə ittiham edib. PKK-çı Jurnalist Salman Zakirə səs verən və onu dəstəkləyənləri İlham Əliyev və Ərdoğanın tərəfdarları adlandırıb, ondan bu haqda açıqlama verməsini istəyib.

Qeyd edək ki, kürdlər farslarla birlikdə Azərbaycan və Türkiyəyə qarşı düşmən münasibəti bəsləyir.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …