Şənbə , Yanvar 23 2021
azfa

Türklərin Səfəvi dövrü tarixi əsəri İsfahanın Poladəritmə Zavodunda aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda türklərin mədəniyyətinə laqeyd münasibət nəticəsində İsfahan Poladəritmə Zavodunda Səfəvi dövrünün kazarmasından məxsus tarixi top əritmək üçün nəzərdə tutulan metal tullantıları arasında tapılıb.

Mədəni İrs, Mədəniyyət, Turizm və İncəsənət şöbəsinin müdiri Əhməd Fəthi bu topun İsfahanın Poladəritmə Zavodunun təkrar emal şöbəsində tapıldığını bildirib.

O bildirib ki, “Mütəxəssis araşdırmaları nəticəsində bu topun Səfəvi dövrünə aid olduğu, keçən əsrlərdə İsfahanda Səfəvi sultanlarının kazarmasında saxlandığı və bu sülalənin süqutundan sonra indiyə qədər gəlib çıxdığı məlum olub. Dünən isə təkrar emal üçün poladəritmə zavoduna verilib”.

O deyib ki, Səfəvilər dövründə Nəqş-i Cahan kompleksindəki Alaqapı Sarayının girişində bir neçə top saxlanılırdı. Buna görə də tapılan tarixi top poladəritmə zavodunun rəhbərlərinin razılığı ilə şəhərin Mədəni İrs və Turizm Baş İdarəsinin əmanət bölməsinə təhvil verildi. Top bərpa edildikdən sonra Alaqapı Sarayı qarşısında yerləşdiriləcək.

Qeyd edək ki, İrqçi fars rejim türklərin tarixi əsərlərini laqeydliklə və bəzən qəsdən məhv edir. Həmin poladəritmə zavodunda həmçinin Quzey Azərbaycanın işğal edilmiş ərazilərinin qapı-pəncərələri və s. metal əşyaları da ermənilər tərəfindən talandıqdan sonra əridilmişdir.

Həmçinin yoxlayın

Rusiyada etiraz və toqquşmalar davam edir, həbslər var – Canlı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, müstəmləkə Rusiyada Aleksey Navalnının azad edilməsi tələbi ilə …

Türkiyə yeni silahını ordunun istifadəsinə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin BMC şirkəti tərəfindən yerli ve milli imkanlarla …

Bir cavab yazın