Cümə , Aprel 26 2024
azfa

Türklərin mövqeləri Moldovada möhkəmlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaqauzya millət vəkili Köksal parlament seçkilərində hakim partiyadan namizədlər siyahısında ilk onluqda olacaq.

Qaqauziya Məclisinin üzvü İvanna Köksal Moldovada gələn il keçiriləcək parlament seçkilərində Sosialist Partiyasından namizəd olub.

Bildirilir ki, 2019-cu ilin 24 fevralında keçiriləcək seçkilərdə İ.Köksalın Moldova parlamenti üzvlüyünə sosialistlərin siyahısından namizəd olduğunu dekabrın 25-də prezident elan edib.

Qeyd edək ki, Prezident İqor Dodon həm də Sosialist Partiyasının lideridir. Sosialistlərin namizədlərinin siyahısı elan olunmasa da, dekabrın 25-də Prezident Dodon Qaqauzya ağsaqqalları ilə görüşdə parlament seçkilərində sosialistlərin əsas namizədlərini, yəni seçici siyahısındakı ilk onluğu açıqlayıb.

Prezident deyib ki, daha əvvəl vəd etdiyi kimi, partiyasının namizədlərinin ilk onluğuna Ağsaqqallar Şurasının təklif etdiyi namizədi daxil edəcək. Bu namizəd isə İvanna Köksal olub. Eyni zamanda, prezident deyib ki, bu ilki partiya siyahısında namizədlərin üçdə biri azlıqların təmsilçiəri olacaq.

Qeyd edək ki, Qaqauziya təmsilçisinin hakim partiyanın seçki siyahısında ilk onluqda qatılması qaquz türklərinin Moldovada siyasi baxımdan mövqelərinin güclənməsinin nişanəsidir. Bu həm də qaqauzların hüquqlarının müdafiə olunması, siyasi və iqtisadi haqlar əldə etməsinə xidmət edəcək.

İvanna Köksal Türkiyədə Moldova-Türkiyə dostluq dərnəyinin sədri Rafet Köksalın həyat yoldaşıdır. Dərnək 1999-cu ildə təsis olunub. Dərnək Moldovada Qaqauziya bölgəsində bir sıra mühüm layihələrə imza atıb. R.Köksal tanınmış iş adamıdır, Türkiyə ilə yanaşı bir sıra xarici ölkələrdə telekommunikasiya layihələrini icra edib.

 

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın