Şənbə , Oktyabr 24 2026
azfa

Rejim qadınlara stadionda yarışa tamaşa etmələrinə şərtlərini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və irticaçı fars-molla rejiminin məhkəmə sisteminin sədr müavini Hacı Sadiqi qadınların stadionda futbol izləyə bilmələri üçün iki şərt irəli sürüb.

O, qadınların “qaydaları pozmadığı”, kişi idmançıların isə “naməhrəm hissələrinin örtülü olduğu” təqdirdə qadınlara stadionlarda idman yarışlarını izləməyə icazə verilə biləcəyini deyib:

“Bundan başqa, dövlət və stadion nümayəndələri qadınlar stadionlarda olan zaman kişi azarkeşlər tərəfindən qeyri-etik şüarların səsləndirilməməsinə nəzarət etməlidirlər. İslam dininə görə, naməhrəmin bədənini görmək haram olduğundan, dövlətin bu xüsusda da tədbirlər planı var”.

Qeyd edək ki, irticaçı fars rejimin mollaları kişi idmançıların iştirak etdiyi yarışlara qadınların baxmasını qadağan ediblər. Buna görə də İranın nüfuzlu qadınları Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FİFA) müraciət edərək, tədbir görülməsini istəyiblər.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın