Cümə , Yanvar 3 2025
azfa

Türkmən fəal Tahir Sarlı aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi türkmən fəal Tahir Sarlı aclıq aksiyasına başlayıb.

Gülüstan əyalətinin (Güney Türkmənistan) Günbəd Kavus şəhərində rejimin zindanında həbsdə saxlanılan türkmən fəal Tahir Sarlı aclıq aksiyası keçirməkdədir.

Bir həftə öncə həbs edilən Tahir Sarlı, beləliklə həbsinin qanunsuz olduğuna, qeyri müəyyən vəziyyətdə saxlanıldığına etiraz edir.

Qeyd edək ki, türkmın fəal bir həftə əvvəl Günbəd Kavus şəhərinn Ümumi və İnqilab Prokurorluğuna çağırıldıqdan sonra saxlanılaraq həbsxanaya aparılmışdı.

 48 yaşlı Tahir Sarlı Günbəd Kavus bölgəsinin Sarlı kəndinin sakinidir. O, Şahrud şəhəri Azad İslam Universitetinin bakalavr pilləsində tələbəsi olun.

Həmçinin Güney Azərbaycanın Zəngan Əyaləti Əbhər şəhərində həmin universitetin digər filialında tarix ixtisası üzrə magister pilləsini bitirib.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …