Türkman Cəbhəsi İraq-Türkiyə razılaşmasını dəstəklədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi İraqın Baş naziri Adil Əbdülmehdinin Türkiyə səfərini şərh edərkən deyib ki, dünən baş tutan səfər Türkiyə və İraq yaxınlaşması fonunda atılan çox mühüm addım idi.

Onun sözlərinə görə, tərəflər ikitərəfli və çoxtərəfli görüşlərdən sonra bir çox məsələlər haqda razılığa gəlib:

“Əsas müzakirə mövzularından biri olan su probleminin aradan qaldırılması haqda razılığa gəlinib. Cənab Ərdoğan həmçinin İraqda yenidən Türkiyə baş konsulluğunun açılacağını da vurğulayıb”.

Salehinin sözlərinə görə, bu görüşdən sonra dövlətlər arasında iqtisadi münasibətlər sürətlə inkişaf edəcək:

“Türkiyə və İraq arasındakı ticarətin inkişaf etdirilməsi məqsədilə sahibkar və biznesmenlərin Türkiyəyə səfəri planlaşdırılır.

Həmçinin iki ölkə arasında əldə olunan hərbi əməkdaşlıq və güvən razılaşması olduqca sevindirici bir haldır”.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatı İranın Naxçıvana hücumunu pislədi

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi …

Telegraph: “İranın raket ehtiyatı tükənir”

GADTB: “The Telegraph” qəzeti İrandan atılan raketlərin kəskin azalması ilə bağlı hesabatında İslam Respublikasının ballistik …

Bir cavab yazın