Çərşənbə , Oktyabr 28 2026
azfa

Türk dilində təhsil tələbinə görə universitetdən uzaqlaşdırılan azərbaycanlı öyrənciyə təzyiqlər davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan türkcəsi və ədəbiyyatı ixtisasinin yaradılması tələbi ilə imza toplayan azərbaycanlı öyrənci Salar Sərkeşi Marağa Universitetindən uzaqlaşdırıldıqdan sonra da irqçi fars rejimin ETTELAAT İdarəsinin  təzyiqlərinə məruz qalmaqdadır.

Bu barədə Salar Sərkəşi Twitter səhifəsində yazıb: “Azərbaycan türkcəsi və ədəbiyyatı ixtisasının Marağa Universitetdə yaradılması ilə bağlı 925 öyrəncinin imzaladığı müraciətdən təxminən 3 ay keçir. Mən, ali təhsil müəssisəsindən kənarlaşdırılmağımı istəyən universitetin təhlükəsizlik bölməsinin təhdidlərindən sonra bir həftə öncə universitetdən çıxarılmışam. 3 gün öncə isə universitetdən mənimlə əlaqə saxlayıb Universitetin İnzibati Komitəsinə müraciət etməyimi tələb etdilər. Universitet rəhbərliyinin bu işi heç bir məntiq sığmır. Universitetdən çıxarılan şəxsi hansı qanunla İnzibati Komitəyə çağırıla bilər?!”.

Qeyd edək ki, 2019-cu il fevralın 21-də Beynəlxalq Ana Dili Günündə Marağa Universitetinin öyrənciləri 925 imza toplayaraq, Azərbaycan türkcəsi və ədəbiyyatı ixtisasının yaradılmasını tələb edib və bu barədə universitetin rəisinə müraciət etdilər. Öyrəncilərə bildirilib ki, müraciətlə bağlı səlahiyyətli qurumlar, həmçinin Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinə məlumat veriləcək, böyük ehtimalla bu barədə lazımı tədbirlər görüləcək.

Lakin irqçi fars rejimin xüsusi göstərişi ilə Marağa Universitetinin məsulları öyrəncilərin tələbinin təmin olunması istiqamətində heç bir iş görməməklə yanaşı, hətta onları təqib və təzyiqlərə də məruz qoyublar.

Həmçinin yoxlayın

Əmirhüseyn Ağayi Təbrizdə iş yerinə Kəşfiyyat Nazirliyinin əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Əmirhüseyn Ağayi çərşənbə axşamı, 5 aban tarixində İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin …

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

Bir cavab yazın