Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Türkmanların yeni dövləti yarana bilər

GADTB: Suriyada bir neçə illik nisbi sabitlikdən sonra “Heyət Təhrir əş-Şam”ın Hələb və İdlibi ələ keçirməsi ilə başlayan qızğın döyüşlər fonunda müxtəlif dövlətlərin Suriya planları ilə bağlı ehtimallar da gündəmə gəlib.

Tam yüz il əvvəl – Hələb və Dəməşq dövlətlərinin (o cümlədən Ələvilərin) birləşməsi ilə yaradılan Suriyanın indi yenidən 3 dövlətə parçalanması müxtəlif ekspertlərin mülahizəsində gündəmə gətirilir.

Baxmayaraq ki, Türkiyə dəfələrlə Suriyanın suverenliyini tanıdığını bəyan edib, Ankaranın da Suriyanın parçalanacağı təqdirdə öz planı ilə çıxış edəcəyi iddiaları yayılmaqdadır. Belə ki, Suriya və İraqın şimalında onillərdir hüquqları pozulan türkmanlar yaşayır və onların sayı 5,5 milyondan artıqdır.

Türkmanlar hazırda ASO-nun tərkibində, o cümlədən “Təhrir əş-Şam”da da mübarizə aparırlar.

İraq Türkman Cəbhəsinin rəhbəri, Kərkük millət vəkili Ərşad Salehi hələ ötən il Hələbdən başlayıb Mendelidə (İranla sərhəd) bitən ərazidə Türkmaneli Respublikasının yaradılmalı olduğu haqda çağırış etmişdi. Hazırda bu xəritə Türkiyənin müxtəlif siyasi mərkəzlərində müzakirə edilməkdədir.

Zəruri olaraq əlavə edək ki, türkmanlar – Azərbaycan türkləridirlər.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …