Şənbə , Sentyabr 19 2026
azfa

Tutarlı faktların olmasına baxmayaraq İran rəsmiləri Arazın Ermənistan tərəfindən çirkləndirilməsi faktını inkar edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Tutarlı faktların olmasına baxmayaraq İran rəsmiləri Arazın Ermənistan tərəfindən çirkləndirilməsi faktını inkar edir.

Baxmayaraq ki, Avropa rəsmiləri belə Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının ömrünün çoxdan başa çatdığını bildirir və Güney Azərbaycanda əyalət mənbələri təhlükəli xəstəliklərin yayılması ilə bağlı ciddi statistik məlumatlar təqdim edir və Araz çayının suyunun çirklənməsini adi gözlə belə görmək olar, İran rəsmiləri heç bir problem olmadığına təkid edirlər.

Arazın Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı hətta İran mətbuatı da son günlər həyəcan təbili çalsa da, İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami yayılan xəbərlərin şayiə olduğunu iddia edib.

Bununla da İslam Respublikası rejimi üçün Ermənistanın iqtisadi maraqlarının azərbaycanlıların həyatından daha qiymətli olduğu məlum olur.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …