Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Güney Azərbaycanda aksiya: “Doğma ellərimiz qaranlıqdadır!”

GADTB: İyunun 20-də Güney Azərbaycan Milli Hərəkatının bir qrup fəalı ictimaiyyətin diqqətini Ərdəbil əyalətinin Muğan (Germi) və Biləsuvar bölgələrində baş verən güclü daşqınlardan zərər çəkənlərin durumuna cəlb etmək üçün Ərdəbil şəhəri boyunca vərəqələr paylayıb və qrafitilər yazıblar.

Vərəqələr və qrafitlərdə aşağıdakı şüarlar yazılıb:

 “Özgə çırağına yağ olmaq bəsdir”, “Doğma ellərimiz qaranlıqdadır”, “Bu gün Ana Vətən Azərbaycan, Germi balasını düşünür”, “Azadlıq, Ədalət, Milli Hökumət”.

Qeyd edək ki, son günlər Ərdəbilin Muğan (Germi) və Biləsuvarın kəndlərində baş verən daşqınlar nəticəsində azı 7 nəfər həyatını itirib, daşqından zərər çəkənlərin infrastrukturuna, təsərrüfatlarına, evlərinə və avtomobillərinə külli miqdarda ziyan dəyib.

Habelə, ictimai rəy İranın milli mətbuatı və tanınmış şəxslərinin dağıdıcı daşqın və sellə bağlı biganə münasibətini Azərbaycan türklərinə qarşı ayrı-seçkiliyin bariz nümunəsi kimi dəyərləndirib.

Həmçinin yoxlayın

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …

İsrail İranla gərginliyin yenidən artması ehtimalına hazırlaşır: “Vəziyyət nəzarətdən çıxa bilər”

GADTB: İsrail mediasının yaydığı məlumatlara görə, Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra ölkənin təhlükəsizlik …