Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Əli Rzaini 6 il müddətinə həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Əli Rzaini həbsə məhkum edib.

Azərbaycanlı fəal Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən “rejimə qarşı sövdələşmək” və “rejimə qarşı təbliğat aparmaq” ittihamları ilə 6 il müddətinə həbsə məhkum edilib.

Əli Rzai dindirilərkən işgəncəyə məruz qalıb və 193 gün həbsdə olduğundan sonra bu hökm verilib. Ailənin təkidinə baxmayaraq, məhkəmə orqanları onun hakimlə görüşməsinə və vəkilin məhkəməyə buraxılmasına icazə verməyib. 

Qeyd edək ki, Əli Rzayi ana dilində təhsil hüququ və Urmu gölü məsələsinin müdafiəçisi idi.

O, eyni zamanda informasiya texnologiyası mühəndisi, beynəlxalq yoqa təlimatçısı və türk dili müəllimidir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …