Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Uduzdurulan Traktorun yeni oyun tələbini rejimin Antiazərbaycan federasiyası rədd etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın “Traktor” futbol komandasından uzaqlaşdırılan qapıçı Möhsün Fruzanın xəyanəti sübut edildikdən sonra komandanın səlahiyyətli şəxsləri rejimin Futbol Federasiyasına müraciət edib. Bu barədə federasiyanın vəkili Əhməd Rza Bərati açıqlama verib.

Bəratinin sözlərinə görə, müraciətdə qapıçının məqsədli şəkildə komandanı uduzdurmasına görə oyunun yenidən təşkil olunması, yaxud “Traktor”un qalib elan edilməsi xahiş edilib. Lakin rejimin irqçi və Antiazərbaycan futbol federasiyası “Traktor”un müraciətini rədd edib və qapıçının komandanın bir üzvü olduğunu, mövzunun şəxsi məsələ mahiyyəti daşıdığını əsas gətirərək, oyunun yenidən təşkil edilməyəcəyini bildirib.

Qeyd edək ki, aprelin 12-də Rəştdə keçirilən görüş 3:0 hesabı ilə “Sepidrud”un xeyrinə başa çatdıqdan sonra futbolçunun xəyanəti ilə bağlı tərəfdarlar, Təbriz klubunun rəsmi şəxsləri, o cümlədən klubun sahibi Məhəmmədrza Zenuzi ciddi iddialar irəli sürmüşdü. Futbol Federasiyasının Əxlaq Komitəsi super liqa və birinci dəstə oyunlarını araşdıraraq, futbolçunun bir neçə görüşün nəticəsi ilə bağlı gizlicə mərcə girdiyini, nəticədə milyardlarla tümən məbləğində pul qazandığını üzə çıxarmışdı.

Qapıçı Möhsün Fruzan və həyat yoldaşı həbs edilsə də, ötən gün girov qarşılığında azadlığa buraxılıb.

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Bir cavab yazın