Cümə , Oktyabr 23 2026
azfa

İrqçi fars rejimin terrorçu qüvvələri Cəfər Rüstəmiradın ata evinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün may ayının 6-da irqçi fars rejimin terrorçu qüvvələri Cəfər Rüstəmiradın ata evinə hücum etdi. Rejimin məmurları evdə axtarış aparmaq istəyiblər.

Lakin ev sakinlərin müqavimətilə rejimin terrorçu qüvvələrinin qanunsuz axtarış cəhdlər baş tutmayıb.

Qeyd edək ki, işğalçı fars rejimin Tehranda yerləşən İnqilab məhkəməsinin 26-cı şöbəsi ədalətsiz qərarla Babək Qalası Qurultayı ərəfəsində yaxaladıqları azərbaycanlı fəallar İbrahim Nuri və Cəfər Rüstəmirada həbs, sürgün, eləcə də KİV və ictimai məhrumiyyətlərə məhkum etmişdir.

Azərbaycanlı fəal Cəfər Rüstəmiradın ata evinin axtarılması cəhdi də fəalın Traxtur komandası yarışında yaxalanaraq, 7 ay həbsə məhkum edilməsi ilə bağlı olacağı güman edilir.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın