Ukranya Rusiyanın 17700 hərbçisini məhv edib, 28 məntəqəni azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, müharibənin 37-ci günü üçün Rusiyanın itkiləri haqda məlumat yenilənib. Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, fevralın 24-dən bugünə qədər düşmənin 17.700-dən çox əsgəri, 625 tankı, 1751 hərbi zirehli maşını, 316 artilleriya sistemi, 96 reaktiv yaylım atəş sistemi, 54 HHM sistemi, 143 təyyarə, 131 helikopter, 1220 avtomobil texnikası, 7 gəmi/kater, 76 yanacaq sistemi, 85 PUA, 24 xüsusi texnika, 4 ədəd taktiki raket kompleksi məhv edilib.

Ukrayna ordusu həmçinin 28 məntəqəni azad etdi.

Ukrayna Silahlı Qüvvələri Kiyev və Çerniqov vilayətlərində yaşayış məntəqələrinin bir hissəsinə nəzarəti bərpa edib. Bu barədə Ukrayna ordusu məlumat yayıb.

Məlumata görə, Demidov, Dımer, Litvinovka, Qavrilovka, Kozaroviç, Jivtnevoye, Qlubovka, Yasnoqorodka, Talankun, Suxoluçe, Lipovka, Qavronşina, Makovişe, Nikolayevka və Xmilna yaşayış məntəqləri işğaldan azad edilib.

Bundan başqa rus ordusunun çəkilməsindən sonra Ukrayna Silahlı Qüvvələri Rudnya, Şevçenko, Bobrik, Staraya Basan, Nova Basan, Makeyevka, Poqreba, Bajanivka, Vladimirovka, Şnyakovka, Salnoe, Sofiyevka və Qavrilovka yaşayış məntəqələrini də nəzarət altına alıb.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …