Çərşənbə axşamı , İyul 28 2026
azfa

İranın müxtəlif ölkələrdə gizli və qanunsuz maliyyə sistemi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın müxtəlif ölkələrdəki gizli və qanunsuz maliyyə sistemi haqqında məlumat ifşa olunub.

Artıq bu barədə “doublecheck” internet saytı gizli sistemin təfərrüatları haqqında hesabat dərc edib. Bundan öncə isə “The Wall Street Journal” İranın başqa ölkələrdə məxfi maliyyə sistemi haqqında məlumat dərc etmişdi.

Saytın yaydığı hesabatda beş ölkədə istifadə edilən bəzi bank və qurumların adları qeyd olunub. Hesabatda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi və s. qanunsuz fəaliyyətlər barədə məlumat öz əksini tapıb. 

Həmin hesabatda İranın neft-kimya şirkətlərinin bəzi yazışmaları və maliyyə dövriyyələri dərc edilir, habelə sanksiyalardan və çirkli pulların yuyulmasından yayınma üsullarının bəzi təfərrüatları əks olunub. Hesabatın Sonunda İranın sanksiyalardan və çirkli pulların yuyulmasından yayınmaq üçün istifadə etdiyi beş ölkədə – Türkiyə, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Honq-Konq və Sinqapurda bəzi bankların və valyutadəyişmə məntəqələrinin adları təqdim edilib.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …