Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Ukrayna ciddi uğurlar əldə edir, ruslar üçün təhlükə yaranıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Xarkov və Luqansk vilayətlərində irəliləyişlərini davam etdirir, Xerson vilayətində əhəmiyyətli uğurlar əldə edir. Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Ukrayna ordusu İnqulets çayının şərq sahilində bir neçə yaşayış məntəqəsini azad edərək rus qoşunlarını Xerson istiqamətində geri çəkilməyə məcbur edib. Onlar Dnepr boyunca cənuba doğru irəliləməyə davam edir və Xerson vilayətinin şimalında iki Rusiya quru xəttini kəsərək, rusları Xerson-Dnepropetrovsk sərhədindən cənuba, Berislav vilayətinə doğru geri çəkilməyə məcbur edib. Ukrayna qüvvələri Svatovonun qərbində Xarkov vilayətinin şərq hissəsində irəliləyişini davam etdirərək, Oskol çayı üzərindən keçərək, Luqansk vilayətində Rusiyanın mövqeləri üçün daha çox təhlükə yaradıb. Ukraynanın hücumları Rusiyanın əlavə döyüş sursatı, səfərbər edilmiş insanları və müdafiə vasitələrini cəbhə xəttinə köçürmək cəhdlərinə mane olur”, – məlumatda deyilib.

Bu arada isə Ukrayna müharibənin 224-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 61000 hərbçi, 2 435 ədəd tank, 5 038 ədəd zirehli döyüş maşını, 1 414 ədəd artilleriya sistemi, 341 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 177 hava hücumundan müdafiə sistemi, 266 ədəd hərbi təyyarə, 232 ədəd helikopter, 3 841 ədəd avtomobil texnikası, 1032 ədəd PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 132 xüsusi avadanlıq itirib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …