Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Ukrayna ordusu Xarkov vilayətini tam azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna qoşunları sürətli əks-hücumla demək olar ki, bütün Xarkov vilayətini geri alaraq Rusiyanı böyük məğlubiyyətə uğratdı. Bu uğur Qərbin silah sistemlərindən maksimum istifadəni əhatə edən kampaniyanın nəticəsi idi.

Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun dəyərləndirməsində qeyd edilib.

“Ukrayna rəhbərliyi cənubdakı zərbələri müzakirə edərək Xarkov bölgəsindəki niyyətləri barədə rusları çaşdırdı. Ukrayna müharibənin gedişatını öz xeyrinə çevirdi. Kiyev böyük hərbi əməliyyatın yerini və xarakterini getdikcə daha çox diktə edəcək və Rusiya Ukraynanın artan fiziki və psixoloji təzyiqinə getdikcə qeyri-adekvat cavab verəcək”, – məlumatda bildirilib.

Bu arada isə Ukrayna müharibənin 201-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 52 950 hərbçi, 2168 ədəd tank, 4 640 ədəd zirehli döyüş maşını, 1 269 ədəd artilleriya sistemi, 311 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 162 hava hücumundan müdafiə sistemi, 243 ədəd hərbi təyyarə, 213 ədəd helikopter, 3 463 ədəd avtomobil texnikası, 903 ədəd PUA, 216 qanadlı raket, 15 gəmi/qayıq, 117 xüsusi avadanlıq itirib.

Həmçinin yoxlayın

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …

İsrail İranla gərginliyin yenidən artması ehtimalına hazırlaşır: “Vəziyyət nəzarətdən çıxa bilər”

GADTB: İsrail mediasının yaydığı məlumatlara görə, Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra ölkənin təhlükəsizlik …