Çərşənbə axşamı , Aprel 14 2026
azfa

Ukrayna Rusiya təyyarəsi və gəmisini vuruldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri son sutkada iki böyük uğura imza atıb. Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib.

Qeyd olunub ki, öncə hava hücumundan müdafiə və ya hava qüvvələri İl-22 tipli unikal təyyarəni vurub. Bundan əlavə, Ukrayna hərbçiləri Rusiya donanmasının “Admiral Essen” sinifli freqatına zərər vurmağa nail olub.

Digər tərəfdən isə Rusiyanın Luqansk və Donetsk vilayətlərinə doğru hərəkət etmək üçün texnikanı cəmləşdirməyə çalışdığı İzyum ən fəal nöqtə olaraq qalır, lakin Silahlı Qüvvələrimiz döyüşür və düşmən çoxlu sayda təyyarə, zirehli texnika və canlı qüvvə itirir. Bunu Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.

“Bizdə məlumat var ki, Rusiya filtrasiya dəhlizləri, düşərgələr yaradır, oradan bizim insanlarımızı Rusiyaya aparırlar. Bu, onların məlum taktikasıdır. Birinci dəfə istifadə etmirlər, şəhəri mühasirəyə alırlar, bütün istiqamətlərdə kritik vəziyyətə gətirirlər, sonra da guya insanları xilas etmək, insanları daşımaq üçün şərti dəhliz təklif edirlər”, – Sinequbov qeyd edib.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …