Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ukrayna Rusiyanın 13800 hərbçisini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 16-na olan məlumata görə, Rusiyanın Ukraynadakı canlı qüvvə itkisi 13 min 800-ə yaxındır. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, fevralın 24-dən davam edən hərbi əməliyyatlar zamanı Rusiyanın 430 tankı, 1375 zirehli döyüş maşını və 190 artilleriya sistemi, 70 ədəd reaktiv yaylım atəş sistemi, 43 hava hücumundan müdafiə sistemi, 84 təyyarə, 108 helikopter, 819 avtomobil texnikası, 3 gəmi/qayıq, 60 yanacaq-sürtkü materialı olan sistern, həmçinin 11 əməliyyat-taktiki pilotsuz uçuş aparatı və 10 ədəd xüsusi texnikası məhv edilib.

Ukrayna ordusu həmçinin Kiyev vilayəti yaxınlığında rusların artilleriya karvanını məhv edib.

 “72-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadanın döyüşçüləri Kiyev vilayəti yaxınlığında düşmənin artilleriya karvanını darmadağın ediblər. Yaşasın Ukrayna!” – məlumatda qeyd olunub.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …