Ukrayna Rusiyanın 171 təyyarə vı 150 helikopterini vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 56-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 20 900-ə yaxın hərbçi, 815 ədəd tank, 2087 ədəd zirehli döyüş maşını, 391 ədəd artilleriya sistemi, 136 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 67 hava hücumundan müdafiə sistemi, 171 ədəd hərbi təyyarə, 150 ədəd helikopter, 1 504 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 165 ədəd dron, 27 ədəd xüsusi texnika və 4 operativ-taktiki raket kompleksi itirib.

Artıq Donbasda güclü döyüşlər gedir. Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik bununla bağlı deyib: “Son bir neçə gün ərzində rus ordusu Şərq əməliyyat zonasında hücumu əhəmiyyətli dərəcədə gücləndirib, raket və artilleriya hücumlarının sayını artırıb. Ona görə də indi deyə bilərik ki, bu həlledici döyüş artıq başlayıb. Əslində, Rusiya ordusunun Ukraynanın şərqinə geniş hücumu gec-tez baş tutmalı idi. Şərqdəki şəhərlərimiz bu gün cəsarətlə müdafiəni saxlayan, bütün ərazilərimizin işğal edilməsi planını pozan böyük və kiçik qalalardır. Ona görə də Donbasdakı döyüş, mübaliğəsiz, Ukrayna üçün həlledici döyüşdür”.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …