Cümə , Aprel 17 2026
azfa

Ukrayna Rusiyanın 24200 hərbçisini öldürüb, 194 hərbi təyyarəsini vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 69-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 24 200 hərbçi, 1062 ədəd tank, 2567 ədəd zirehli döyüş maşını, 475 ədəd artilleriya sistemi, 162 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 80 hava hücumundan müdafiə sistemi, 194 ədəd hərbi təyyarə, 155 ədəd helikopter, 1843 ədəd avtomobil texnikası, 10 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 291 ədəd PUA, 38 ədəd xüsusi texnika, 4 operativ-taktiki raket kompleksi, 84 qanadlı raket itirib.

Eyni zamanda təkcə son 2 gündə Ukrayna ordusu Rusiyanın ümumi dəyəri təxminən 2 milyon dollar olan 20-yə yaxın PUA-sını məhv edib. Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.

“Quru Qoşunlarının elektron müharibə və hava hücumundan müdafiə bölmələrinin yaxşı işi! Son 2 gündə Ukrayna Silahlı Qüvvələri ümumi dəyəri təxminən 2 milyon dollar olan 20-yə yaxın düşmən PUA-sını məhv edib”, – Zalujnı bildirib.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən …

İranın neft ixracının dayanmasına iki aya qədər davam gətirə biləcəyi deyilir

GADTB: “Reuters”in yaydığı məlumata görə, ABŞ-ın İran limanlarına gedib-gələn daşımaları məhdudlaşdırması nəticəsində ixrac dayansa belə, …