Ukrayna Rusiyanın 31700 hərbçisini öldürüb, çox sayda hərbi texnikasını məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 106-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 31 700 hərbçi, 1398 ədəd tank, 3438 ədəd zirehli döyüş maşını, 711 ədəd artilleriya sistemi, 213 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 96 hava hücumundan müdafiə sistemi, 212 ədəd hərbi təyyarə, 178 ədəd helikopter, 2421 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 562 ədəd PUA, 53 ədəd xüsusi texnika, 125 qanadlı raket itirib.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …