Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İran səfiri: İranın Ermənistanla ticarəti 1 milyard dollara çatdırır

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın Ermənistandakı səfiri deyib: “Ermənistanın Şərqi Azərbaycan vilayətinə bitişik bir ölkə olmasına baxmayaraq, biz bu ölkə ilə ticarət dövriyyəmizi yarım milyard dollardan çox artıra bilməmişik, buna görə, bu miqdarı 1 milyard dollara çatdırmağa çalışmalıyıq”.

İSNA-nın xəbərinə görə, rejimin Təbrizdəki Ticarət Palatasının “Xaricdə İqtisadi Diplomatiya və Kənd Təsərrüfatı” mövzusunda keçirilən vebinarında çıxış edən Abbas Bədəxşan Zühuri qonşu ölkələrin müxtəlif ticarət mübadiləsi üçün çox yaxşı və geniş imkanlara malik olduğunu bildirib: “Biz ölkə prezidentinin ciddi tapşırığı əsasında bütün qonşu dövlətlərlə əlaqə qurmaq üçün ciddi və sanballı planlarımız olmalıdır”.

“Qonşu ölkələrə münasibətdə ölkəmizin milli maraqları nəzərə alınmalıdır və milli maraqlar diktə edir ki, biz qonşularımızla ünsiyyət üçün hər fürsətdən və imkandan istifadə edək, xüsusən də başqa dövlətlər bizə qarşı namərdcəsinə davranarkən”,-deyə o vurğulayıb.

“Ermənistanın cəlbediciliyi təkcə bu ölkənin özü ilə məhdudlaşmır, Ermənistan İran İslam Respublikası, Avrasiya İttifaqı və Avropa Birliyi arasında çox yaxşı körpüdür” deyən Abbas Bədəxşan Zühuri habelə əlavə edib: “Ermənistanın bütün Avrasiya ölkələri ilə güzəştli tariflərə malik olduğunu nəzərə alsaq, biz bu imkandan mallarımızı təkrar ixrac etmək üçün istifadə edə bilərik. Hazırda bu işlər görülür, lakin bu, cüzi rəqəmdir və bu rəqəmin artırılması üçün Ermənistanla qonşu olan vilayətlərimiz tərəfindən müəyyən addımlar atılmalıdır”.

Səfirin sözlərinə görə, Ermənistanın 3 milyona yaxın əhalisi var və bu ölkənin İranla qonşu vilayətlərinin bir çoxunda əla iqlim şəraiti var və biz əldə etdiyimiz yeni kənd təsərrüfatı texnologiyalarından bu ölkədə istifadə edə bilərik.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …