Ukrayna Rusiyanın 32500 hərbçisini öldürüb, 1434 tankını vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Silahlı Qüvvələrinin indiyədək 32 500 hərbçisi zərərsizləşdirilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Hücum edən tərəfin 1 434 ədəd tankı, 3 503 ədəd zirehli döyüş maşını, 721 ədəd artilleriya sistemi, 229 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 97 hava hücumundan müdafiə sistemi, 213 ədəd hərbi təyyarəsi, 179 ədəd helikopteri, 2 473 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 588 ədəd dronu, 125 qanadlı raket və 54 ədəd xüsusi texnikası məhv edilib” – deyə məlumatda qeyd edilib.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı öyrəncini edama məhkum etdi

GADTB: İrqçi fars-molla rejimin məhkəməsi azərbaycanlı öyrəncini edama məhkum edib. Molla rejimin Təbrizdəki İnqilab Məhkəməsi …

Güney Azərbaycanın Əndərigan və Astargan mədənlərindən ildə 170 kiloqramdan çox qızıl çıxarılır

GADTB: Şərqi Azərbaycan Əyalətinin Sənaye, Mədən və Ticarət Baş direktoru Sabir Parnian Əndərigan və Astargan …