Bazar ertəsi , Noyabr 16 2026
azfa

Ukrayna Rusiyanın 42200 hərbçisini öldürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 165-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 42 200 hərbçi, 1 805 ədəd tank, 4055 ədəd zirehli döyüş maşını, 958 ədəd artilleriya sistemi, 260 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 132 hava hücumundan müdafiə sistemi, 223 ədəd hərbi təyyarə, 191 ədəd helikopter, 2 978 ədəd avtomobil texnikası, 750 ədəd PUA, 182 qanadlı raket, 15 gəmi/qayıq, 86 xüsusi avadanlıq itirib.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …