Cümə , Yanvar 3 2025
azfa

Ukraynanın vurduğu “Moskva” gəmisi hava hücumundan müdafiəni də təmin edirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən batırılan “Moskva” kreyseri Xersondakı rus işğalçılarını hava hücumundan müdafiə ilə təmin edirdi.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, gəmi həmçinin, Odessa və Xerson vilayətlərinə desant çıxarılmasını təmin etməli idi.

“Kreyser desant qoşunları üçün hava hücumundan müdafiəni təmin edirdi. Göyərtəsində çoxlu sayda dəniz əsaslı S-300 sistemi var idi, buna görə də əla “çətir” rolunu oynayırdı. Rusiya kreyserinin batırlması Ukrayna üçün yaxşı hadisədir. Bu, Ukrayna aviasiyasının işini cənub istiqamətində xeyli asanlaşdıracaq”, – Arestoviç bildirib.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …