GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Uluslararası Şəhriyar Günləri konfransının keçirilmə tarixi viza məsələləri ilə bağlı 2018-05-12 tarixinə geri çəkilmişdir. Bununla bağlı sayın Eldar bəy Qaradağlı Batı Yötaland Azərbaycan Evi Birliyindən məlumat göndərmişdir:
Dəyərli soydaşlar
Viza sorunu səbəbilə 2018-03-17 tarixində keçirilməsi planlaşdırılmış
“Uluslararası Şəhriyar Günləri”nin konfransı və konserti 2018-05-12 gününə ertələnmişdir.
Artıq bilgi üçün yaxın günlərdə bildiriş yayılacaqdır.
Toplantı və Dalğa musiqi qrupun proqramına qatılmaq üçün hazırlanan bütün qonaqlardan üzür diləyirik.
Batı Yötaland Azərbaycan Evi Birliyi
Eldar Qaradağlı
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi
