GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət Departamenti məlumat yayıb ki, Budapeştdə ikinci iclası keçirilən Ümumdünya Terrorla Mübarizə Forumunun iştirakçıları İranın dünyada həyasız terror planları, o cümlədən SEPAH-ın Qüds Qüvvələrinin bu istiqamətdəki fəaliyyətlərini müzakirə ediblər.
Forumun iştirakçıları bildiriblər ki, İranın Yaxın Şərqdə və onun hüdudlarından kənarda davranışı sabitliyi pozur və bu ölkənin qeyri-qanuni fəaliyyəti beynəlxalq maliyyə sisteminin və hüquq normalarının bütövlüyünə xələl gətirir.
Onlar İranın terrorizmlə bağlı beynəlxalq sanksiyalardan yan keçmək üçün müxtəlif mexanizmlərdən necə istifadə etdiyini müzakirə ediblər.
Bununla yanaşı, iclas iştirakçıları Tehran rejiminin terror əməlləri və sui-qəsdlərini müəyyən etmək və qarşısını almaq üçün hüquqi və maliyyə vasitələrindən istifadə barədə fikirləri bölüşüblər.