Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ermənilərin qondarma abidəsi Ordumuzun nəzarətinə keçdi

GADTB: Ermənistan mətbuatı dərin təəssüf hissi ilə xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Laçın rayonuna yeridilməsi nəticəsində “Böyük və Kiçik Sünik Memorial”ı Azərbaycan tərəfinin nəzarətinə keçib.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.

“Ermənilər son anda yalnız xaçkarı “memorial”dan yığışdıra biliblər. Qeyd edək ki, erməni ekspansionistlərinin terminologiyasında “kiçik Sünik” Azərbaycanın Qarabağ bölgəsi hesab edilirdi və memorial “Sünik və Arsax talelərinin birliyini” simvolizə edirdi. Nə isə. Fərarilərə keçmiş olmasın”, – ekspert bildirib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …