Cümə axşamı , Aprel 25 2024
azfa

Urmiya gölü etirazlarında yaxalananların son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 16-da Güney Azərbaycan şəhərlərində Urmiya gölünün qurudulmasına qarşı etiraz aksiyası keçirilmişdir. Əsas etiraz aksiyası Urmiya şəhərində keçirilmişdir.   Etirazçılar “Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir”, “Urmu gölü susuzdu, Azərbaycan oyanmasa  uduzdu” və s. şüarlar səsləndiriblər.

Bizə  çatan videolardan birində bir xanım Urmiya şəhərinin təhlükəsizlik və polis qüvvələrinə müraciət edərək deyir: “Artıq bizim üçün heç bir əhəmiyyət kəsb etmir, ölsək belə, Urmu  gölünü xilas edib diriltmək istəyirik”.

Məlumata görə Urmiya şəhərində həbs edilən fəallar Mikayel Qulupur və Huşəng Nağızadə Urmiyau şəhər həbsxanasına köçürüldükləri barədə qohumlarına məlumat veriblər. Prokurorluğa gedərkən ailələrə məlumat verilib ki, onlar üçün 700 və 500 milyon tümənlik girov qərarı çıxarılıb.

Ümumiyyətlə iyulun 18-ə olan məlumata görə, kimliyi dəqiqləşdirilən məhbus fəalların sayı hələlik 21 nəfərdir.

Azərbaycanlı milli fəalların verdiyi məlumata görə, Urmiyada olunanların 11-i qadın olmaqla ümumi sayı 85 nəfərdir və hələlik onların hamısının kimliyini dəqiqləşdirmək mümkün deyil.

Bununla yanaşı Təbriz, Ərdəbil və başqa şəhərlərdə də, onlarla fəalın həbs olunduğu bildirilir.

Kimliyi müəyyənləşdirilən yaxalanan azərbaycxanlı etirazçılar açağıdakılardan ibarətdir:

1. Həmid Purvəli (Təbriz)

2. Huşəng Nağızadə (Urmu)

3. Yunis Quluzadə (Təbriz)

4. Calal Dehqani (Təbriz)

5. İslam İmani (Təbriz)

6. Məhəmməd Mustafayi (Təbriz)

7. Mikayıl Qulipur (Urmu)

8. Ümid Rzabadi (Urmu)

9. Məsud Abbaszadə (Sulduz)

10. Rza Etibari Rad (Urmu)

11. İbrahim Asmani Azəroğlu (Təbriz)

12. Həmid Əkbərzadə (Urmu)

13. Rza Əkbərzadə (Urmu)

14. Vəli Zöhrabi (Qoşaçay)

15. Nadir Amani (Qoşaçay)

16. Mustafa Dolətxah (Qoşaçay)

17. Calal Kudirlu (Qoşaçay)

18. Həkimə Əhmədi (Təbriz)

19. Əlirza Fəthivənd (Təbriz)

20. Mehdi Miri (Təbriz)

21. Əlirza Məqsudi (Təbriz)

Lakin yaxalanaların sayı qeyd edildiyi kimi olduqca çoxdur və adları müəyyənləşdirilən kimi təqdim ediləcək.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …