Urmiya gölü ilə bağlı film çəkiləcək

GADTB: “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi Urmu gölünün quruması ilə əlaqədar bölgədə yaranmış ekoloji fəlakəti özündə əks etdirən sənədli film hazırlayacaq. Bu barədə təşkilatın sədri Elman Cəfərli bildirib. Qeyd edək ki, film Azərbaycan Respublİkasının Qeyri-Hökumət Təşkilatlarına Dövıət Dəsəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Urmiya gölünü xilas et: ekoloji fəlakət qapıda” adlı layihə çərçivəsində çəkiləcək.

“Sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələrini əhatə etməklə Cənubi Azərbaycan torpaqlarının beşdə birini təşkil edə zəngin mineral ehtiyatlara, o cümlədən, 5 milyard ton potas, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromidə malik olan Urmiya gölü fəlakətli günlərini yaşayır. Əvvəllər göldə 32 milyon kubmetr su var idisə indi həmin rəqəm yalnız 3 milyona enib. Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb.

Bura xeyli sayda çay, o cümlədən Acıçay, Tatuçay, Şəhərçay, Nazlıçay,  Cığatı çayları tökülərdi. Lakin İran hökuməti gölün əsas su mənbəyi olan çayların üzərinə bəndlər çəkib. Nəticədə isə göl qurumağa başlayıb.  Hazırda Urmiya gölünün 94 faizi quruyub”-deyən, QHT sədri bildirib ki, Urmu gölünün quruması və bu prosesə laqeydlik, habelə gölün bərpası layihələrinin yubadılması böyük bir qlobal fəlakətə yol açır:

“Mütəxəssislər hesab edir ki, Urmiya gölü tamamən quruyarsa onun yerində 10 milyard ton duz qalacaq. Göl quruyarsa duz fırtınaları əmələ gələcək. Bu isə insanların sağlamlığına, kənd təsərrüfatına xeyli ziyan vuracaq. Gölün yerində bataqlaşmış sahələr, şoranlıqlar meydana gələcək. Bu isə bölgədə yaşayan 14 milyon insanın ərazini tərk etməsinə səbəb olacaq”.

Elman Cəfərli deyib ki, Urmiya gölünə yönəlik ekoloji terror dayandırılmalı, gölün bərpası prosesi sürətləndirilməlidir.

“İran adlanan dövlət Urmiya gölünün bərpasına lazımi diqqəti ayırmır. Bunun da iqtisadi və siyasi səbəbləri var. İran hakimiyyəti Türkiyə ilə sərhəddə yerləşən bölgədə ekoloji fəlakətin böyüməsində maraqlıdır. Gölün quruması ilə yaranacaq duz fırtınası, susuzluq, yayılan xəstəliklər insanların kütləvi köçünə səbəb olacaq. Bölgə türksüzləşəcək. Urmu hövzəsini tərk edən əhali fars əyalətlərində yerləşən inkişaf etmiş sənaye şəhərlərinə üz tutacaq”-deyə, o, bildirib.

Elman Cəfərli deyib ki, layihənin məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Urmiya gölünün quruması ilə bağlı yaranacaq ekoloji fəlakətə, göldən qalxan duz fırtınalarının yaradacağı xəstəliklərə çəkmək, Urmiya gölünün qurumasına rəvac verən siyasi və iqtisadi maraqları üzə çıxarmaq, ekoloji terrora göz yumanları ictimai qınağın hədəfinə gətirmək, gölün bərpası ilə bağlı layihələrin qəbul edilməsinə və bərpa işlərinin sürətlənməsinə nail olmaqdır.  Onun sözlərinə görə, layihə çərçivəsində Urmu gölü ilə bağlı sənədli film hazırlanacaq, ictimai müzakirələr təşkil ediləcək.

Elman Cəfərli Urmu fəlakəti ilə bağlı layihənin icrasına dəstək verən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirib.

“Urmiya gölünün quruyacağı halda yaranacaq ekoloji və humanitar fəlakət təkcə İranı deyil, qonşuluqdakı bütün ölkələri, o cümlədən Türkiyə, Azərbaycan, Ermənistan və İraqa da təsir edəcək. Əslində bu qlobal bir ekoloji fəlakətdir. Düşünürük ki, Urmiya ilə bağlı faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, gölün bərpası prosesini sürətləndirmək lazımdır. Təşəbbüsümüzü dəstəklədiyinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihəyə səs verən ekspertlərə və Müşahidə Şurasının üzvlərinə təşəkkür edirəm. Bu, həm də ekoloji fəlakətdən əziyyət çəkən Güney Azərbaycanlı soydaşlarımıza verilən dəstəkdir”.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …