Cümə , Oktyabr 18 2024
azfa

Urmiya gölü üç ildə iki qat kiçilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Şirkətinin baş direktoru Məcid Rəstqari İran rəsmilərinin Urmiya gölünün bərpası ilə bağlı təbliğatının əksinə olaraq, son üç ildə Urmiya gölünün ölçüsünün iki qat azaldığını açıqlayıb.

Rəstqarinin sözlərinə görə, üç il əvvəl gölün ölçüsü 1835 kvadrat kilometr olduğu halda, Urmiya gölünün ölçüsü indi 870 kvadrat kilometrə çatıb.

Məcid Rastqari iddia edib ki, “Son su ilində Urmiya gölünə 467 milyon kubmetr su buraxıldığı bildirilib, lakin gölə bu həcmdən xeyli çox su buraxılıb”.

O əlavə edib: Son ölçmələrə əsasən, gölün hazırkı səviyyəsi 1270 metr 10 santimetrdir və hazırda Urmiya gölünün 870 kvadrat kilometrliyində 1 milyard 170 milyon kubmetr su var.

Ətraf mühit sahəsində mütəxəssislərin fikrincə, Urmiya gölünün quruması bu bölgənin 14 milyondan çox sakininin həyatını təhlükə altına qoyub və bu ərazi sakinlərinin məcburi köçü ilə nəticələnəcək. Urmiya gölünün quruması və duz-toz mərkəzlərinin aktivləşməsi nəticəsində yaranan duz fırtınalarının baş verməsi Azərbaycan xalqının həyatını təhdid etməklə yanaşı, həm də beynəlxalq ekoloji təhlükə hesab olunur.

Həmçinin yoxlayın

Türkiyə “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb

GADTB: Türkiyə Xarici İşlər Nazirliyi (XİN) “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb. Açıqlamada …

İrqçi far-molla rejimi azərbaycanlı fəalı cərimə cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Əmir Bədrini cərimə …