Cümə axşamı , Oktyabr 22 2026
azfa

Urmiya gölündə quşlar şübhəli şəkildə ölüb – Video

GADTB: Urmiya gölündən yayılan videoda iki şahin quşunun cəsədi görüntülənib.

Təəssüf ki, şirin su tapmaq ümidi ilə gölə yaxınlaşan bir çox quş suyun həddindən artıq duzlu olması və yüksək duz konsentrasiyası səbəbindən ciddi problemlərlə üzləşə bilər.

Videoda iki şahinin cəsədi görünür. Bu, acı və ürəkdağlayan mənzərə olmaqla yanaşı, Urmiya gölünün vəhşi təbiəti üçün bir daha həyəcan təbilinin çalınmasına səbəb olur.

Urmiya gölü yalnız su hövzəsi deyil, minlərlə canlı növünün həyatının asılı olduğu qiymətli yaşayış məkanıdır. Gölün quruması və ekoloji şəraitin dəyişməsi bölgənin təbiəti üçün ciddi təhlükə yaradır.

https://t.me/GADTB1/60333

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …